Muxtəsər təfsir
قُلْ يَتَوَفَّىٰكُم مَّلَكُ ٱلْمَوْتِ ٱلَّذِى وُكِّلَ بِكُمْ ثُمَّ إِلَىٰ رَبِّكُمْ تُرْجَعُونَ ﴿١١﴾
Ey Peyğəmbər! Öldükdən sonra yenidən dirilməyi yalan sayan o müşriklərə de: “Allahın canınızı almaq üçün müvəkkil etdiyi ölüm mələyi canınızı alacaq, sonra da qiyamət günü siz haqq-hesaba çəkilmək və əməllərinizin əvəzini almaq üçün yalnız Bizim hüzurumuza qaytarılacaqsınız!”