×

لقمان

Ayə 34

Muxtəsər təfsir

إِنَّ ٱللَّهَ عِندَهُۥ عِلْمُ ٱلسَّاعَةِ وَيُنَزِّلُ ٱلْغَيْثَ وَيَعْلَمُ مَا فِى ٱلْأَرْحَامِ ۖ وَمَا تَدْرِى نَفْسٌ مَّاذَا تَكْسِبُ غَدًا ۖ وَمَا تَدْرِى نَفْسٌۢ بِأَىِّ أَرْضٍ تَمُوتُ ۚ إِنَّ ٱللَّهَ عَلِيمٌ خَبِيرٌۢ ﴿٣٤﴾

Həqiqətən, qiyamət saatı haq­qında elm yalnız Allahdadır. O, qiyamətin nə zaman qopacağını bilir. Yağışı istədiyi vaxt yağ­dırır və bətnlərdə olanın oğlan yoxsa qız, habelə, bədbəxt yoxsa xoşbəxt olduğunu bilir. Heç kəs sabah xeyir yoxsa şər qazanacağını bi­lmir. Heç kəs harada öləcə­yini də bilmir. Əksinə, bunların hamısını bilən yalnız Allahdır. Şüb­hə­siz ki, Allah bunların hamısını bilən və hamısından xəbər­dardır. Heç bir şey Ondan gizli qalmır.