Muxtəsər təfsir
أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ يُولِجُ ٱلَّيْلَ فِى ٱلنَّهَارِ وَيُولِجُ ٱلنَّهَارَ فِى ٱلَّيْلِ وَسَخَّرَ ٱلشَّمْسَ وَٱلْقَمَرَ كُلٌّ يَجْرِىٓ إِلَىٰٓ أَجَلٍ مُّسَمًّى وَأَنَّ ٱللَّهَ بِمَا تَعْمَلُونَ خَبِيرٌ ﴿٢٩﴾
Məgər Allahın gecəni qısaldıb gündüzü uzatdığını, gündüzü də qısaldıb gecəni uzatdığını, müəyyən olunmuş vaxtadək öz yolu ilə hərəkət edən günəşi və ayı qoyduğu qanunlarına tabe etdiyini, üstəlik, Allahın nə etdiklərinizdən xəbərdar olduğunu görmürsənmi?! Sizin əməllərinizdən heç biri Ondan gizli qalmayacaq və O, sizə əməllərinizin əvəzini verəcəkdir.