Muxtəsər təfsir
وَمَن يُسْلِمْ وَجْهَهُۥٓ إِلَى ٱللَّهِ وَهُوَ مُحْسِنٌ فَقَدِ ٱسْتَمْسَكَ بِٱلْعُرْوَةِ ٱلْوُثْقَىٰ ۗ وَإِلَى ٱللَّهِ عَـٰقِبَةُ ٱلْأُمُورِ ﴿٢٢﴾
Kim öz ibadətini ixlasla Allaha yönəldər və yaxşı işləri də Onun rizası üçün edərsə, nicat tapmaq üçün ən möhkəm ipdən yapışmış olar və tutduğu ipin qırılacağından qorxmaz. Bütün işlərin sonu tək Allaha qayıdar və O, hər kəsə layiq olanı (mükafatını və ya cəzasını) verər.