Muxtəsər təfsir
أَلَمْ تَرَوْا۟ أَنَّ ٱللَّهَ سَخَّرَ لَكُم مَّا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ وَأَسْبَغَ عَلَيْكُمْ نِعَمَهُۥ ظَـٰهِرَةً وَبَاطِنَةً ۗ وَمِنَ ٱلنَّاسِ مَن يُجَـٰدِلُ فِى ٱللَّهِ بِغَيْرِ عِلْمٍ وَلَا هُدًى وَلَا كِتَـٰبٍ مُّنِيرٍ ﴿٢٠﴾
Ey insanlar! Məgər Allahın göylərdə olanları - Günəşi Ayı və ulduzları, habelə, yerdə olanları - heyvanları, ağacları və bitkiləri sizə ram etdiyini, üstəlik, gözəl sima və gözəl görünüş kimi aşkar nemətlərindən, ağıl və elm kimi də gizli nemətlərindən sizə verdiyini görmürsünüzmü, bunları müşahidə etmirsinizmi?! İnsanlara bu qədər nemətlər verildiyi halda onlardan bəzisi, Allah tərəfindən heç bir biliyi, doğru yol göstərən ağlı və nazil olan bir kitabı olmadan Allah barəsində mübahisə edir.