Muxtəsər təfsir
وَإِن جَـٰهَدَاكَ عَلَىٰٓ أَن تُشْرِكَ بِى مَا لَيْسَ لَكَ بِهِۦ عِلْمٌ فَلَا تُطِعْهُمَا ۖ وَصَاحِبْهُمَا فِى ٱلدُّنْيَا مَعْرُوفًا ۖ وَٱتَّبِعْ سَبِيلَ مَنْ أَنَابَ إِلَىَّ ۚ ثُمَّ إِلَىَّ مَرْجِعُكُمْ فَأُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ ﴿١٥﴾
Əgər valideynlərin Allahdan başqasını Allaha şərik qoşmağın üçün səni məcbur etməyə cəhd göstərsələr, bu işdə onlara itaəət etmə! Belə ki, Xaliqə asi olaraq məxluqa itaət etmək olmaz. Dünyada onların qayğısına qal, onlarla daim əlaqə saxla və onlara yaxşılıq et. Yalnız Mənə ibadət və itaət edərək Mənə üz tutanların yolu ilə get! Sonra Qiyamət günü hamınızın dönüşü Mənim hüzuruma olacaq, Mən də sizə dünyada ikən nə əməllər etdiyiniz barədə xəbər verəcəm və bu əməllərin əvəzini (mükafatını və ya cəzasını) verəcəm.