×

الروم

Ayə 6

Muxtəsər təfsir

وَعْدَ ٱللَّهِ ۖ لَا يُخْلِفُ ٱللَّهُ وَعْدَهُۥ وَلَـٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ ﴿٦﴾

Bu qələbə, Uca Allahın vədi idi. Allah vədinə xilaf çıxmaz. Bu vədin gerçəkləşməsi, Allahın möminlərə vəd etdiyi qələbə xüsusunda onların yəqinliyini artırır. Lakin insanların çoxu küfrləri səbəbindən bunu anlamazlar.