×

الروم

Ayə 54

Muxtəsər təfsir

ٱللَّهُ ٱلَّذِى خَلَقَكُم مِّن ضَعْفٍ ثُمَّ جَعَلَ مِنۢ بَعْدِ ضَعْفٍ قُوَّةً ثُمَّ جَعَلَ مِنۢ بَعْدِ قُوَّةٍ ضَعْفًا وَشَيْبَةً ۚ يَخْلُقُ مَا يَشَآءُ ۖ وَهُوَ ٱلْعَلِيمُ ٱلْقَدِيرُ ﴿٥٤﴾

Ey insanlar, sizi dəyərsiz sudan ya­radan, zəif uşaqlar olduqdan sonra sizi qüvvətli kişilər edən, qüv­vətli kişilər olduqdan sonra da, zəif yaşlılıq və qocalıq verən Allahdır. Allah istə­diyini zəif istədiyini də qüvvətli ya­radır. O, hər şeyi Biləndir, heç bir şey Ondan gizli qalmaz. Habelə, Qadirdir, heç bir şey Onu aciz edə bilməz.