Muxtəsər təfsir
فَأَمَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ فَهُمْ فِى رَوْضَةٍ يُحْبَرُونَ ﴿١٥﴾
Allaha iman gətirib, Onu razı salacaq saleh əməllər edənlərə gəlincə, onlar Cənnətdə olacaq və nail olduqları əbədi, tükənməz nemətlərə görə sevinəcəklər.