Muxtəsər təfsir
أَفَغَيْرَ دِينِ ٱللَّهِ يَبْغُونَ وَلَهُۥٓ أَسْلَمَ مَن فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ طَوْعًا وَكَرْهًا وَإِلَيْهِ يُرْجَعُونَ ﴿٨٣﴾
Yoxsa Allahın dinindən və Ona olan itaətdən xaric olan bu kimsələr, Allah, Öz qulları üçün bəyənib seçdiyi İslam dinindən başqasınımı axtarırlar? Halbuki, göylərdə və yerdə olan məxluqlar, möminlər kimi istəyərək, kafirlər kimi isə istəməyərək Ona təslim olmuş və Qiyamət günü haqq-hesab olunmaq və əməllərinin müqabilini almaq üçün Uca Allaha qayıtacaqdır.