Muxtəsər təfsir
رَبَّنَا لَا تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَهَبْ لَنَا مِن لَّدُنكَ رَحْمَةً ۚ إِنَّكَ أَنتَ ٱلْوَهَّابُ ﴿٨﴾
Dərin biliyə malik olan kimsələr belə deyirlər: "Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi haqdan sapdırma, bizi haqdan sapıb, azan kimsələrdən olmaqdan salamat et. Bizə Öz tərəfindən qəlblərimizi hidayətə yönəldən geniş bir mərhəmət bəxş et və onunla bizi zəlalətdən qoru. Ey Rəbbimiz! Həqiqətən, Sən bol-bol nemətlər bəxş edənsən!"