Muxtəsər təfsir
وَإِنَّ مِنْهُمْ لَفَرِيقًا يَلْوُۥنَ أَلْسِنَتَهُم بِٱلْكِتَـٰبِ لِتَحْسَبُوهُ مِنَ ٱلْكِتَـٰبِ وَمَا هُوَ مِنَ ٱلْكِتَـٰبِ وَيَقُولُونَ هُوَ مِنْ عِندِ ٱللَّهِ وَمَا هُوَ مِنْ عِندِ ٱللَّهِ وَيَقُولُونَ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ وَهُمْ يَعْلَمُونَ ﴿٧٨﴾
Yəhudilərdən elə bir dəstə də vardır ki, Allahdan nazil edilən Tövratda olmayan bir zikri, siz onların oxuduqlarını Tövratdan olduğunu zənn edəsiniz deyə, kitabı oxuyarkən dillərini əyib bükürlər. Halbuki, bu, Tövratdan deyildir. Əksinə, bu, onların, Allaha qarşı uydurduğu yalan və iftiralarıdır. Onlar: "Oxuduqumuz hər bir şey Allah tərəfindəndir!"– deyirlər. Halbuki bu, Allah tərəfindən deyildir. Onlar bilə-bilə Allaha qarşı yalan danışırlar və özləri də Allah və Onun elçisi adından yalan danışdıqlarını bilirlər.