Muxtəsər təfsir
يَخْتَصُّ بِرَحْمَتِهِۦ مَن يَشَآءُ ۗ وَٱللَّهُ ذُو ٱلْفَضْلِ ٱلْعَظِيمِ ﴿٧٤﴾
Allah Öz mərhəmətini istədiyi quluna məxsus edər. Ona doğru yol, peyğəmbərlik və bol-bol nemətlər əta edər. Allah, həddi-hüdudu olmayan böyük lütf sahibidir.