Muxtəsər təfsir
إِنَّ أَوْلَى ٱلنَّاسِ بِإِبْرَٰهِيمَ لَلَّذِينَ ٱتَّبَعُوهُ وَهَـٰذَا ٱلنَّبِىُّ وَٱلَّذِينَ ءَامَنُوا۟ ۗ وَٱللَّهُ وَلِىُّ ٱلْمُؤْمِنِينَ ﴿٦٨﴾
Həqiqətən, insanlardan İbrahimə - aleyhissəlam - nisbət olmaqa ən haqqlı olanı, İbrahimin - aleyhissəlam - zamanında onun gətirdiyinə tabe olanlar, həmçinin, bu Muhəmməd peyğəmbər (sallallahu aleyhi və səlləm) və bu ümmətdən ona iman gətirənlərdir. Allah möminlərin yardımçısıdır və onları qoruyandır.