Muxtəsər təfsir
فَلَمَّآ أَحَسَّ عِيسَىٰ مِنْهُمُ ٱلْكُفْرَ قَالَ مَنْ أَنصَارِىٓ إِلَى ٱللَّهِ ۖ قَالَ ٱلْحَوَارِيُّونَ نَحْنُ أَنصَارُ ٱللَّهِ ءَامَنَّا بِٱللَّهِ وَٱشْهَدْ بِأَنَّا مُسْلِمُونَ ﴿٥٢﴾
İsa - aleyhissəlam - onların (yəhudilərin) küfrdə israrlı olduqlarını bildikdə, İsrail oğullarına müraciət edərək, dedi: "Allaha dəvətdə kim mənə yardımçı olacaq?" Bu zaman ona tabe olanlar içərisində seçilmiş kimsələr dedilər: "Bizik Allahın dininin yardımçıları! Biz Allaha iman gətirdik və sənə tabe olduq. Sən də, ey İsa, şahid ol ki, biz Allahın tövhidinə və Ona itaət ilə boyun əyənlərdənik!"