Muxtəsər təfsir
هُنَالِكَ دَعَا زَكَرِيَّا رَبَّهُۥ ۖ قَالَ رَبِّ هَبْ لِى مِن لَّدُنكَ ذُرِّيَّةً طَيِّبَةً ۖ إِنَّكَ سَمِيعُ ٱلدُّعَآءِ ﴿٣٨﴾
Zəkəriyya, uca Allahın adətən ruzi verməkdə görünməmiş bir şəkildə, İmranın qızı Məryəm yanında Allahın ruzisini gördükdə, o, qocalmasına və zövcəsinin sonsuz olmasına rəğmən, Allahdan onu Məryəm kimi saleh bir övladla ruziləndirməsini istəyərək dedi: "Ey Rəbbim! Mənə pak bir övlad bəxş et! Şübhəsiz ki, Sən, Sənə dua edənin duasını eşidib, ona cavab verənsən".