Muxtəsər təfsir
يَوْمَ تَجِدُ كُلُّ نَفْسٍ مَّا عَمِلَتْ مِنْ خَيْرٍ مُّحْضَرًا وَمَا عَمِلَتْ مِن سُوٓءٍ تَوَدُّ لَوْ أَنَّ بَيْنَهَا وَبَيْنَهُۥٓ أَمَدًۢا بَعِيدًا ۗ وَيُحَذِّرُكُمُ ٱللَّهُ نَفْسَهُۥ ۗ وَٱللَّهُ رَءُوفٌۢ بِٱلْعِبَادِ ﴿٣٠﴾
Qiyamət günü hər kəs etdiyi yaxşı əməllərini naqis olmadan öz qarşısına gətiriləcəyini görəcək və pis əməllər edən kimsə isə onunla əməllərinin arasında çox böyük məsafə olmasını arzulayacaqdır. Lakin bu arzunun ona nə faydası! Allah sizi Özündən çəkindirir. Günahlar etməklə özünüzü Onun qəzəbinə məruz qoymayın. Allah qullarına qarşı çox şəfqətlidir. Elə buna görə də Allah onları, Öz əzabından çəkindirir və qorxudur.