Muxtəsər təfsir
إِنَّ ٱلَّذِينَ يَكْفُرُونَ بِـَٔايَـٰتِ ٱللَّهِ وَيَقْتُلُونَ ٱلنَّبِيِّـۧنَ بِغَيْرِ حَقٍّ وَيَقْتُلُونَ ٱلَّذِينَ يَأْمُرُونَ بِٱلْقِسْطِ مِنَ ٱلنَّاسِ فَبَشِّرْهُم بِعَذَابٍ أَلِيمٍ ﴿٢١﴾
Allahın onlara nazil etdiyi dəlillərinə küfr edənləri, Onun peyğəmbərlərinə haqsız yerə zülm və düşmənçilik edərək öldürənləri və ədalətə çağıran, yaxşılığı əmr edib, pislikdən çəkindirən insanları qətlə yetirən bu qatilı kafirləri ağrılı-acılı bir əzabla müjdələ!