Muxtəsər təfsir
إِنَّ فِى خَلْقِ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَٱخْتِلَـٰفِ ٱلَّيْلِ وَٱلنَّهَارِ لَـَٔايَـٰتٍ لِّأُو۟لِى ٱلْأَلْبَـٰبِ ﴿١٩٠﴾
Həqiqətən, göylərin və yerin misilsiz və yoxdan var edilərək yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində və birinin uzun, digərinin isə qısa olmasında sağlam düşüncəli ağıl sahibləri üçün, yalnız kainatın Xaliqinin ibadətə layiq olduğuna dəlalət edən açıq-aydın dəlillər vardır.