Muxtəsər təfsir
إِنَّ ٱلدِّينَ عِندَ ٱللَّهِ ٱلْإِسْلَـٰمُ ۗ وَمَا ٱخْتَلَفَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَـٰبَ إِلَّا مِنۢ بَعْدِ مَا جَآءَهُمُ ٱلْعِلْمُ بَغْيًۢا بَيْنَهُمْ ۗ وَمَن يَكْفُرْ بِـَٔايَـٰتِ ٱللَّهِ فَإِنَّ ٱللَّهَ سَرِيعُ ٱلْحِسَابِ ﴿١٩﴾
Həqiqətən, Allah yanında qəbul olunan din, İslamdır! İslam: "Tək Allaha itaətlə boyun əymək, yalnız Ona ibadət edərək təslim olmaq, bütün elçilərə və Allah onun şəriətindən başqa heç bir şəriət qəbul etmədiyi və onunla bütün dinlərə son qoyduğu, peyğəmbərlərin sonuncusu olan Muhəmmədə (sallallahu aleyhi və səlləm) iman etməkdir". Yəhudilər və nəsranilər özlərinə elm gəldikdən sonra aralarındakı həsəd və dinə hərislik üzündən dinlərində dəstələrə bölünüb ixtilafa düşdülər. Kim Allahın rəsuluna nazil etdiyi ayələrinə küfr edərsə, bilsin ki, Allah Ona küfür edib, rəsulunu yalan sayan kimsəni tez haqq-hesab çəkəndir.