Muxtəsər təfsir
وَإِذْ أَخَذَ ٱللَّهُ مِيثَـٰقَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَـٰبَ لَتُبَيِّنُنَّهُۥ لِلنَّاسِ وَلَا تَكْتُمُونَهُۥ فَنَبَذُوهُ وَرَآءَ ظُهُورِهِمْ وَٱشْتَرَوْا۟ بِهِۦ ثَمَنًا قَلِيلًا ۖ فَبِئْسَ مَا يَشْتَرُونَ ﴿١٨٧﴾
Ey Peyğəmbər! Allah yəhudi və nəsranilərdən olan kitab əhlinin alimlərindən: "Allahın kitabını mütləq insanlara açıqlayacaqsınız, orada olan haqqı və Muhəmmədin - sallallahu aleyhi və səlləm - peyğəmbərliyinə dəlalət edən dəlilləri gizlətməyəcəksiniz!"– deyə əhd aldığını yadına sal. Onlar isə bu əhdi qulaqardına vurub əməl etmədilər, əksinə haqqı gizlədib batili yaydılar və Allahın əhdini, əldə etdikləri şan-şöhrət və mal-dövlət kimi dünya malına, çox ucuz bir qiymətə dəyişdilər. Allahın əhdini dəyişdikləri bu qiymət necə də pisdir!