Muxtəsər təfsir
لَّقَدْ سَمِعَ ٱللَّهُ قَوْلَ ٱلَّذِينَ قَالُوٓا۟ إِنَّ ٱللَّهَ فَقِيرٌ وَنَحْنُ أَغْنِيَآءُ ۘ سَنَكْتُبُ مَا قَالُوا۟ وَقَتْلَهُمُ ٱلْأَنۢبِيَآءَ بِغَيْرِ حَقٍّ وَنَقُولُ ذُوقُوا۟ عَذَابَ ٱلْحَرِيقِ ﴿١٨١﴾
"Allah kasıbdır, bizdən borc istəyir, biz isə özümüzdə olan var-dövlət ilə varlıyıq!"– deyən yəhudilərin sözünü Allah, əlbəttə ki, eşitdi. Biz onların Allah barədə dedikləri yalan və böhtanı və haqsız olaraq peyğəmbərləri öldürdüklərini yazacaq və onlara: "Dadın cəhənnəmdə yandırıb-yaxan əzabı!" – deyəcəyik.