Muxtəsər təfsir
ٱلَّذِينَ قَالَ لَهُمُ ٱلنَّاسُ إِنَّ ٱلنَّاسَ قَدْ جَمَعُوا۟ لَكُمْ فَٱخْشَوْهُمْ فَزَادَهُمْ إِيمَـٰنًا وَقَالُوا۟ حَسْبُنَا ٱللَّهُ وَنِعْمَ ٱلْوَكِيلُ ﴿١٧٣﴾
O kəslər ki, müşriklərdən bəziləri onlara: "Qureyş Əbu Süfyanın başçılığı altında, sizinlə döyüşüb, sizi məhv etmək üçün böyük bir ordu toplayıbdır, onlardan özünüzü qoruyun, onlarla qarşı-qarşıya gəlməkdən qorxun!"– dedikdə, bu söz və hədə onların Allahın vədinə inamını daha da artırdı və onlar: "Uca Allah bizə kifayət edər. Allah, işlərimizi Ona həvalə edilənlərin nə gözəlidir" – deyərək, döyüşə çıxdılar.