×

آل عمران

Ayə 154

Muxtəsər təfsir

ثُمَّ أَنزَلَ عَلَيْكُم مِّنۢ بَعْدِ ٱلْغَمِّ أَمَنَةً نُّعَاسًا يَغْشَىٰ طَآئِفَةً مِّنكُمْ ۖ وَطَآئِفَةٌ قَدْ أَهَمَّتْهُمْ أَنفُسُهُمْ يَظُنُّونَ بِٱللَّهِ غَيْرَ ٱلْحَقِّ ظَنَّ ٱلْجَـٰهِلِيَّةِ ۖ يَقُولُونَ هَل لَّنَا مِنَ ٱلْأَمْرِ مِن شَىْءٍ ۗ قُلْ إِنَّ ٱلْأَمْرَ كُلَّهُۥ لِلَّهِ ۗ يُخْفُونَ فِىٓ أَنفُسِهِم مَّا لَا يُبْدُونَ لَكَ ۖ يَقُولُونَ لَوْ كَانَ لَنَا مِنَ ٱلْأَمْرِ شَىْءٌ مَّا قُتِلْنَا هَـٰهُنَا ۗ قُل لَّوْ كُنتُمْ فِى بُيُوتِكُمْ لَبَرَزَ ٱلَّذِينَ كُتِبَ عَلَيْهِمُ ٱلْقَتْلُ إِلَىٰ مَضَاجِعِهِمْ ۖ وَلِيَبْتَلِىَ ٱللَّهُ مَا فِى صُدُورِكُمْ وَلِيُمَحِّصَ مَا فِى قُلُوبِكُمْ ۗ وَٱللَّهُ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ ﴿١٥٤﴾

Sonra bu iztirab və kədərin ar­dınca Allah sizə bir rahatlıq və inam na­zil etdi. Sizdən bir qis­minizi – bunlar Allahın vədinə yəqin olan kimsələrdir – qəlblərindəki arxayınlıq və sükunətə görə mürgü bürüdü. O biri qisminiz isə yalnız öz can­la­rı­nın salamat qalmasından başqa heç bir istəyi olmayan, qəlbləri isə arxayınlıq və sükunətdən məhrum olmuş, narahatçılıq və qorxu içərisində olan münafiqlərdir. Bu münafiqlər, cəhalət əhlinin zənn etdiyi kimi Allahı layiqincə qiymətləndirməyərək, Allahın Öz peyğəmbərinə və qullarına heç bir yardımın etməyəcəyini düşünüb, Allah ba­rəsində pis zənnə qapılaraq cahililkləri üzündən belə dedilər: "Döyüşə çıxmaq işində bizim heç bir rəyimiz yoxdur, əgər bir rəyimiz olsayı çıxmazdıq". Ey Peyğəmbər! Onlara cavab olaraq belə de: "Sözsüz ki, bütün iş­lər Allaha aid­dir, Allah istədiyini edər və istədiyi hökmü verər və elə sizi döyüşə çıxaranda Allahdır". Bu münafiqlər qəlblərindəki şəkk-şübhəni və pis zənni gizlədib, sə­nə bildirmək istəmədən: "Əgər döyüşə çıxmaqda bi­zim bir rəyimiz olsay­dı, elə bu­ yerdə öldürülməz­dik"– de­yir­lər. Ey Peyğəmbər! Onlara belə cavab ver: "Əgər siz döyüş və ölüm meydanından uzaq bir yerdə, evləri­niz­də ol­saydınız, sizlərdən öldürül­mə­si əzəldən yazılmış kəslər, yenə çıxıb ölə­cək­­ləri yer­lərə ge­dərdilər. Allah si­zin qəlblərinizdə olan niyyət və məqsədlərinizi sı­namaq və qəlb­ləri­niz­dəki­ imanı nifaqdan ayırd etmək üçün belə etdi. Allah qullarının qəlblərində olanı biləndir və bundan Allaha heç bir şey qizli qalmaz".