Muxtəsər təfsir
سَنُلْقِى فِى قُلُوبِ ٱلَّذِينَ كَفَرُوا۟ ٱلرُّعْبَ بِمَآ أَشْرَكُوا۟ بِٱللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِۦ سُلْطَـٰنًا ۖ وَمَأْوَىٰهُمُ ٱلنَّارُ ۚ وَبِئْسَ مَثْوَى ٱلظَّـٰلِمِينَ ﴿١٥١﴾
Allaha şərik qoşduqlarına görə kafirlərin qəlblərinə elə bir şiddətli qorxu salarıq ki, onlar haqqında özlərinə heç bir dəlil nazil edilməyən, özlərindən ilahlar uydurub onlara ibadət edərək Allaha şərik qoşduqları səbəbindən sizinlə döyüşməyə tab gətirə bilməzlər. Axirətdə onların qərar tutacaqları qayıdış yeri Oddur. Zalımların qərar tutacaqları od nə pisdir!