Muxtəsər təfsir
وَكَأَيِّن مِّن نَّبِىٍّ قَـٰتَلَ مَعَهُۥ رِبِّيُّونَ كَثِيرٌ فَمَا وَهَنُوا۟ لِمَآ أَصَابَهُمْ فِى سَبِيلِ ٱللَّهِ وَمَا ضَعُفُوا۟ وَمَا ٱسْتَكَانُوا۟ ۗ وَٱللَّهُ يُحِبُّ ٱلصَّـٰبِرِينَ ﴿١٤٦﴾
Allahın peyğəmbərlərindən neçə-neçə peyğəmbər çoxlu sayda ona tabe olan dindarlarla birlikdə vuruşmuşlar. Onlar Allah yolunda başlarına gələn ölüm və ya yaralanmağa görə nə zəifləmiş, nə düşmənlə döyüşməkdən acizlik göstərmiş, nə də düşmənə tabe olmuşlar. Əksinə, səbir edib sabitqədəm olmuşdular. Allah Onun yolunda çətinliklərə və məşəqqətlərə səbir edənləri sevər!