Muxtəsər təfsir
إِذْ هَمَّت طَّآئِفَتَانِ مِنكُمْ أَن تَفْشَلَا وَٱللَّهُ وَلِيُّهُمَا ۗ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُؤْمِنُونَ ﴿١٢٢﴾
Ey Peyğəmbər! Sələmə və Harisə oğullarından ibarət iki dəstə, münafiqlərin geri döndükləri zaman ruhdan düşüb geri dönmək istədiklərini yadına sal. Allah onları döyüşdə sabitqədəm edib və döyüşdən geri dönmək fikirindən yayındıraraq onlara yardımçı oldu. Qoy möminlər bütün işlərində yalnız tək olan Allaha etimad etsinlər.