Muxtəsər təfsir
يَوْمَ تَبْيَضُّ وُجُوهٌ وَتَسْوَدُّ وُجُوهٌ ۚ فَأَمَّا ٱلَّذِينَ ٱسْوَدَّتْ وُجُوهُهُمْ أَكَفَرْتُم بَعْدَ إِيمَـٰنِكُمْ فَذُوقُوا۟ ٱلْعَذَابَ بِمَا كُنتُمْ تَكْفُرُونَ ﴿١٠٦﴾
Bu böyük əzab, iman əhlinin üzləri sevinc və fərəhdən ağaracaqı, kafirlərin üzləri isə hüzün və qəm-qüssədən qaralacaqı qiyamət günü baş verəcəkdir. O dəhşətli gündə üzləri qaralan kəslərə tənə olaraq: "Təsdiq və iqrar etdikdən və sizdən Allaha heç bir şeyi şərik qoşmayacağınıza dair əhd aldıqdan sonra Allahın tövhidini inkarmı etdiniz?! Elə isə, küfr etdiyinizə görə Allahın sizin üçün hazırladığı əzabı dadın"– deyiləcəkdir.