Muxtəsər təfsir
وَمَا هَـٰذِهِ ٱلْحَيَوٰةُ ٱلدُّنْيَآ إِلَّا لَهْوٌ وَلَعِبٌ ۚ وَإِنَّ ٱلدَّارَ ٱلْـَٔاخِرَةَ لَهِىَ ٱلْحَيَوَانُ ۚ لَوْ كَانُوا۟ يَعْلَمُونَ ﴿٦٤﴾
Bu dünya həyatı - içindəki ləzzət və zövq-səfalarla birlikdə - qəlbi ona bağlı olan kimsələr üçün əyləncə və oyundan başqa bir şey deyildir. Davamlı olmayan, tükənən nemətlərdir. Axirət yurdu isə, əbədi olduğuna görə, həqiqi həyatdır. Kaş, əbədi nemətləri fani dünya həyatına dəyişdiklərini biləydilər!