×

العنكبوت

Ayə 60

Muxtəsər təfsir

وَكَأَيِّن مِّن دَآبَّةٍ لَّا تَحْمِلُ رِزْقَهَا ٱللَّهُ يَرْزُقُهَا وَإِيَّاكُمْ ۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ ﴿٦٠﴾

Neçə-neçə - sayı çox olan - canlılar var­ ki, nə ru­zi­sini bir yerə toplamağa, nə də onu öz yanında daşımağa qadirdir. Onların da, sizin də ru­zinizi Allah verir. Odur ki, aclıqdan qorxub hicrəti tərk etməyinizdə sizin üçün heç bir üzür yoxdur. O sizin dediklərinizi eşidir, niyyətlərinizi və əməllərinizi də bilir. Bunlardan heç biri Allahdan gizli qalmaz və bunların əvəzini sizə verəcəkdir.