Muxtəsər təfsir
يَسْتَعْجِلُونَكَ بِٱلْعَذَابِ وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةٌۢ بِٱلْكَـٰفِرِينَ ﴿٥٤﴾
Müşriklər səndən, onlara vəd etdiyin əzabın tez gəlməsini istəyirlər. Şübhəsiz ki, Allahın kafirlərə vəd etdiyi Cəhənnəm onları hər tərəfdən bürüyəcək və onlar bu əzabdan qaçıb canlarını qurtara bilməyəcəklər.