Muxtəsər təfsir
ٱتْلُ مَآ أُوحِىَ إِلَيْكَ مِنَ ٱلْكِتَـٰبِ وَأَقِمِ ٱلصَّلَوٰةَ ۖ إِنَّ ٱلصَّلَوٰةَ تَنْهَىٰ عَنِ ٱلْفَحْشَآءِ وَٱلْمُنكَرِ ۗ وَلَذِكْرُ ٱللَّهِ أَكْبَرُ ۗ وَٱللَّهُ يَعْلَمُ مَا تَصْنَعُونَ ﴿٤٥﴾
Ey Peyğəmbər! Allahın sənə Qurandan vəhy etdiklərini oxu və namazı da kamil şəkildə qıl. Həqiqətən, kamil şəkildə qılınan namaz, sahibini çirkin və yaramaz işlərdən çəkindirər. Çünki namaz insanın qəlbini nurlandıran, insanı pis işlərdən çəkindirər və yaxşı işlərə yönəldər. Allahı zikr etmək isə hər şeydən böyükdür və hər şeydən əzəmətlidir. Allah nə etdiklərinizdən əlbəttə ki, xəbərdardır. Əməllərinizdən Ona heç bir şey qizli qalmaz. O, etdiyiniz əməllərin mükafatını sizə mütləq verəcəkdir. Yaxşılıq edənlərin mükafatı yaxşılıq olacaqdır, pislik edənlərin də mükafatı pislik.