×

العنكبوت

Ayə 19

Muxtəsər təfsir

أَوَلَمْ يَرَوْا۟ كَيْفَ يُبْدِئُ ٱللَّهُ ٱلْخَلْقَ ثُمَّ يُعِيدُهُۥٓ ۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٌ ﴿١٩﴾

Məgər Peyğəmbərləri yalan hesab edən o kimsələr, Allahın məx­luqatı əvvəlcə necə yarat­dığı­nı, öldükdən son­ra da on­ları yeni­dən necə həyata qaytardığını görmür­lər­mi? Həqi­qə­tən, bu, Allah üçün çox asan­dır. O hər şeyə qadirdir. Onu heç bir şey aciz edə bilməz! (Allah insanı əvvəlcə nütfədən, sonra laxtalanmış qandan, daha sonra bir bir parça ətdən yaradır. İnsan anadan olandan sonra ömrünün uşaqlıq, yeniyetməlik, yetkinlik, ahıllıq, qocalıq çağlarını yaşayır və nəhayət, ölür. Allah bütün məxluqatı yoxdan yaratdığı kimi, Qiyamət günü onları yenidən dirildəcəkdir!)