×

القصص

Ayə 8

Muxtəsər təfsir

فَٱلْتَقَطَهُۥٓ ءَالُ فِرْعَوْنَ لِيَكُونَ لَهُمْ عَدُوًّا وَحَزَنًا ۗ إِنَّ فِرْعَوْنَ وَهَـٰمَـٰنَ وَجُنُودَهُمَا كَانُوا۟ خَـٰطِـِٔينَ ﴿٨﴾

Musanın anası onu sandığa qoyub, çaya buraxmasına dair ona etdiyimiz ilhamı yerinə yetirdi. Nəhayət, Fironun ailəsi onu tapıb gö­tür­dü. Beləliklə də uca Allahın, Musanın Firona qarşı düşməni olacağına, Musanın əli ilə Fironun hökmranlığına son qoymasına və onların qəm-qüssə içində boğulmasına dair istəyi gerçəkləşəcəkdir. Hə­qiqətən, Firon, vəziri Haman və on­la­rın əs­gər­ləri: küfrləri, günahları və yer üzündə fitnə-fəsad yaymaları səbəbindən günahkar kimsələr idi­lər.