Muxtəsər təfsir
وَرَبُّكَ يَخْلُقُ مَا يَشَآءُ وَيَخْتَارُ ۗ مَا كَانَ لَهُمُ ٱلْخِيَرَةُ ۚ سُبْحَـٰنَ ٱللَّهِ وَتَعَـٰلَىٰ عَمَّا يُشْرِكُونَ ﴿٦٨﴾
Ey Peyğəmbər! Sənin Rəbbin yaratmaq istədiyini yaradır və Özünə itaət etməsi və elçisi olması üçün də istədiyini seçir. Müşriklərin bu seçimdə haqqı olmadığı üçün onlar bu işdə Allaha qarşı heç bir etiraz edə bilməzlər. Uca Allah onların Allahla yanaşı Ondan başqa ibadət etdikləri şəriklərdən pak, müqəddəs və ucadır.