×

القصص

Ayə 60

Muxtəsər təfsir

وَمَآ أُوتِيتُم مِّن شَىْءٍ فَمَتَـٰعُ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَزِينَتُهَا ۚ وَمَا عِندَ ٱللَّهِ خَيْرٌ وَأَبْقَىٰٓ ۚ أَفَلَا تَعْقِلُونَ ﴿٦٠﴾

Rəbbinizin sizə verdiyi, sizin dünya həyatında faydalanıb və bəzəndiyiniz zinət əşyaları bir gün yox olub gedəcəkdir. Uca Allah ya­nında olan axirət həyatındakı böyük savab isə dünya həyatında olan bər-bəzəkdən daha xeyirli və daha əbədidir. Məgər onlar bunu düşünüb, axirətin əbədi olanı nemətlərini, dünyanın fani olan bər-bəzəyindən üstün tutmayacaqlarmı?