Muxtəsər təfsir
وَقَالُوٓا۟ إِن نَّتَّبِعِ ٱلْهُدَىٰ مَعَكَ نُتَخَطَّفْ مِنْ أَرْضِنَآ ۚ أَوَلَمْ نُمَكِّن لَّهُمْ حَرَمًا ءَامِنًا يُجْبَىٰٓ إِلَيْهِ ثَمَرَٰتُ كُلِّ شَىْءٍ رِّزْقًا مِّن لَّدُنَّا وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ ﴿٥٧﴾
Məkkə müşrikləri, İslam dinini qəbul edib, ona iman etməkdən qoyun qaçıraraq özlərinə üzr gətirib belə dedilər: "Əgər biz sənin gətirdiyin bu dinə tabe olsaq, bu zaman düşmənlərimiz bizi yurdumuzdan qovub çıxarar". Məgər Biz o müşrikləri, başqalarının onlara basqın etməsindən əmin-aman edib və onları qan tökülməsi və zülüm edilməsi haram edilən, onlara Özümüzdən bir ruzi olaraq hər cür meyvənin gətirildiyi qorxusuz və təhlükəsiz haram torpağında yerləşdirmədikmi? Lakin onların çoxu Allahın onlara verdiyi nemətləri bilməzlər və bunlara qarşılıq olaraq Allaha şükür etməzlər!