Muxtəsər təfsir
فَإِن لَّمْ يَسْتَجِيبُوا۟ لَكَ فَٱعْلَمْ أَنَّمَا يَتَّبِعُونَ أَهْوَآءَهُمْ ۚ وَمَنْ أَضَلُّ مِمَّنِ ٱتَّبَعَ هَوَىٰهُ بِغَيْرِ هُدًى مِّنَ ٱللَّهِ ۚ إِنَّ ٱللَّهَ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّـٰلِمِينَ ﴿٥٠﴾
Əgər Qureyş, Tövrat və Qurandan da daha doğru olan bir kitab gətirmələrinə dair, sənin bu təklifinə cavab verməsələr, o zaman əmin ol ki, onların Tövrat və Quranı yalan sayıb və onları sehr adlandırmaları heç də hər hansı bir dəlilə əsaslanaraq deyil, əksinə, onların bu iddaları öz havalarından qaynaqlanmışdır. Allahdan bir doğru yol göstəricisi gəlməyincə öz nəfsinin istəyinə uyandan daha çox azmış kim ola bilər?! Şübhəsiz ki, uca Allah, etdikləri küfrlər səbəbi ilə öz nəfslərinə zülm edən bir qövmü doğru yola müvəffəq etməz!