Muxtəsər təfsir
وَمَا كُنتَ بِجَانِبِ ٱلطُّورِ إِذْ نَادَيْنَا وَلَـٰكِن رَّحْمَةً مِّن رَّبِّكَ لِتُنذِرَ قَوْمًا مَّآ أَتَىٰهُم مِّن نَّذِيرٍ مِّن قَبْلِكَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ ﴿٤٦﴾
Biz Musanı çağırdığımız və ona vəhy etdiyimiz zaman da sən Tur dağının yanında deyildin ki, orada olan hadisəni bilib və bunu olduğu kimi Məkkə əhlinə xəbər verəsən. Lakin Biz səndən əvvəl özlərinə xəbərdar edən peyğəmbər gəlməmiş bir tayfanı, onlara söylədiklərindən öyüd-nəsihət alib və Allah qatından onlara gətirdiklərinə iman edib sənə tabe olmaları üçün onun xəbərini sənə vəhy etdik!