Muxtəsər təfsir
وَمَا كُنتَ بِجَانِبِ ٱلْغَرْبِىِّ إِذْ قَضَيْنَآ إِلَىٰ مُوسَى ٱلْأَمْرَ وَمَا كُنتَ مِنَ ٱلشَّـٰهِدِينَ ﴿٤٤﴾
Ey Peyğəmbər! Biz Musaya - aleyhisəlam - peyğəmbərlik bəxş edib, ona, Firon və onun qövmünün yanına getməsini tapşırdığımız zaman sən Musaya nisbətdə dağın qərb tərəfində deyildin. Sən buna şahid olanlardan da deyildin ki, orada olan hadisəni olduğu kimi bilib və bunu insanlara xəbər verəsən. Sənin insanlara bu haqda söylədiklərin yalnız Allahdan sənə nazil olan vəhy sayəsindədir!