Muxtəsər təfsir
إِنَّ فِرْعَوْنَ عَلَا فِى ٱلْأَرْضِ وَجَعَلَ أَهْلَهَا شِيَعًا يَسْتَضْعِفُ طَآئِفَةً مِّنْهُمْ يُذَبِّحُ أَبْنَآءَهُمْ وَيَسْتَحْىِۦ نِسَآءَهُمْ ۚ إِنَّهُۥ كَانَ مِنَ ٱلْمُفْسِدِينَ ﴿٤﴾
Həqiqətən Firon, Misir torpaqlarında tüğyan edərək, onun əhalisini öz aralarında ayrı-ayrı tayfalara bölmüş, onlar içində İsrail oğullarını zəif görüb, onların oğlan uşaqlarını öldürüb, onları Misirdə zəlil bir hala salmaq məqsədi ilə qadınlarını isə özlərinə xidmət etmək üçün sağ buraxırdı. Həqiqətən, o, yer üzündə zülm və tüğyan edərək fitnə-fəsad törədənlərdən idi.