Muxtəsər təfsir
وَقَالَتْ لِأُخْتِهِۦ قُصِّيهِ ۖ فَبَصُرَتْ بِهِۦ عَن جُنُبٍ وَهُمْ لَا يَشْعُرُونَ ﴿١١﴾
Musanın anası onu çaya buraxdıqdan sonra, Musanın bacısına belə dedi: "Ona nə ediləcəyini bilmək üçün onu təqib et!" O da heç kimsənin bilib hiss etməməsi üçün kənardan durub Musaya göz qoydu. Firon və onun qövmü o qadının çaydan tapdıqları uşağın bacısı olduğunu və bu qadının həmin uşaq barədə xəbər toplamağa gəldiyini hiss etmədilər.