Muxtəsər təfsir
وَأَنْ أَتْلُوَا۟ ٱلْقُرْءَانَ ۖ فَمَنِ ٱهْتَدَىٰ فَإِنَّمَا يَهْتَدِى لِنَفْسِهِۦ ۖ وَمَن ضَلَّ فَقُلْ إِنَّمَآ أَنَا۠ مِنَ ٱلْمُنذِرِينَ ﴿٩٢﴾
və mənə insanlara Quran oxumaq əmr olunmuşdur!". Kim Quranın hidayəti ilə özünə doğru yol tutarsa və içində olanlara əməl edərsə, bunun faydası yalnız özünə qayıdar. Haqq yoldan azıb, bu kitabın içində olanlardan üz çevirib və orada olanlara əməl etməkdən boyun qaçıran kimsələrə də belə de: "Mən sadəcə sizi Allahın əzabı ilə xəbərdar edən bir peyğəmbərəm. Sizi doğru yola gətirmək isə mənim əlimdə olan bir iş deyildir!"