Muxtəsər təfsir
فَلَمَّا جَآءَهَا نُودِىَ أَنۢ بُورِكَ مَن فِى ٱلنَّارِ وَمَنْ حَوْلَهَا وَسُبْحَـٰنَ ٱللَّهِ رَبِّ ٱلْعَـٰلَمِينَ ﴿٨﴾
Musa od gördüyü yerə yetişdikdə, uca Allah ona belə nida edərək səsləndi: "Aləmlərin Rəbbi olan Allahı təzim edib, Onu uca tutmaq və zəlalətdə olan kimsələrin Onu vəsf etdikləri bütün eyib sifətlərdən münəzzəh etmək üçün odun ətrafında olan Musa da və mələklər də mübarək edilmişdir!"