×

النمل

Ayə 64

Muxtəsər təfsir

أَمَّن يَبْدَؤُا۟ ٱلْخَلْقَ ثُمَّ يُعِيدُهُۥ وَمَن يَرْزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلْأَرْضِ ۗ أَءِلَـٰهٌ مَّعَ ٱللَّهِ ۚ قُلْ هَاتُوا۟ بُرْهَـٰنَكُمْ إِن كُنتُمْ صَـٰدِقِينَ ﴿٦٤﴾

Ey müşriklər! Allaha şərik qoşduğunuz bütlərinizmi yaxşıdır, yoxsa məxluqatın ya­radılışını bətnlərdə mərhələ-mərhələ başladan, onu öldürdükdən son­­ra ona təkrarən həyat verən, si­zə Öz mərhəməti ilə üzərinizə göydən yağmur yağdırıb və bu yağmurla yer üzündə sizin üçün müxtəlif növ bitkilər yetişdirərək sizə ru­zi verən Allahmi?! Yoxsa Allahla bərabər bunları edən başqa bir məbudmu vardır? Ey Peyğəmbər! O müşriklərə belə de: "Əgər həqiqətən də siz haqqlı olduğunuza əminsinizsə, elə isə haydı, Allaha şərik qoşduğunuzun doğruluğuna dair dəlillərinizi gə­ti­rin!"