Muxtəsər təfsir
أَمَّنْ خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ وَأَنزَلَ لَكُم مِّنَ ٱلسَّمَآءِ مَآءً فَأَنۢبَتْنَا بِهِۦ حَدَآئِقَ ذَاتَ بَهْجَةٍ مَّا كَانَ لَكُمْ أَن تُنۢبِتُوا۟ شَجَرَهَآ ۗ أَءِلَـٰهٌ مَّعَ ٱللَّهِ ۚ بَلْ هُمْ قَوْمٌ يَعْدِلُونَ ﴿٦٠﴾
Ey müşriklər! Allaha şərik qoşduğunuz bütlərinizmi yaxşıdır, yoxsa göyləri və yeri misilsiz olaraq yaradan, sizin üçün göydən yağmur endirən və o yağmurla sizin üçün neçə-neçə gözəl bağ-bağçalar bitirən Allahmı? Əgər Allah sizə izin verməsəydi, siz acizliyinizdən dolayı bu bağ-bağçalarda bir ağacda olsun belə bitirə bilməzdiniz. Onları bitirən uca Allahdır. Yoxsa Allahla bərabər bunları edən başqa bir məbudmu vardır?! Xeyir. Əksinə onlar, nəfslərinə zülüm edərək Xaliq ilə məxluqu biri-birinə tən tutan, haqq yoldan azmış bir qövmdürlər!