Muxtəsər təfsir
قَالُوا۟ نَحْنُ أُو۟لُوا۟ قُوَّةٍ وَأُو۟لُوا۟ بَأْسٍ شَدِيدٍ وَٱلْأَمْرُ إِلَيْكِ فَٱنظُرِى مَاذَا تَأْمُرِينَ ﴿٣٣﴾
Qövmünün əyanları ona belə dedilər: "Biz böyük qüvvət və qüdrət sahibiyik. Özümüz döyüş təcrübəsinə sahib olan amansız döyüşçülərik. Bu işdə qərar, sənindir. Artıq nə etmək lazım olduğuna sən qərar ver, biz də onu yerinə yetirək!"