Muxtəsər təfsir
وَجَدتُّهَا وَقَوْمَهَا يَسْجُدُونَ لِلشَّمْسِ مِن دُونِ ٱللَّهِ وَزَيَّنَ لَهُمُ ٱلشَّيْطَـٰنُ أَعْمَـٰلَهُمْ فَصَدَّهُمْ عَنِ ٱلسَّبِيلِ فَهُمْ لَا يَهْتَدُونَ ﴿٢٤﴾
Mən bu qadının və qövmünün uca Allahı qoyub günəşə səcdə etdiklərinin şahidi oldum. Şeytan onlara, Allaha şərik qoşmalarını və günah əməllərini özlərinə gözəl göstərmiş, beləcə, onları haqq yoldan azdırmışdır və elə bu üzdən onlar haqq yolunu tapa bilmirlər.