×

النمل

Ayə 12

Muxtəsər təfsir

وَأَدْخِلْ يَدَكَ فِى جَيْبِكَ تَخْرُجْ بَيْضَآءَ مِنْ غَيْرِ سُوٓءٍ ۖ فِى تِسْعِ ءَايَـٰتٍ إِلَىٰ فِرْعَوْنَ وَقَوْمِهِۦٓ ۚ إِنَّهُمْ كَانُوا۟ قَوْمًا فَـٰسِقِينَ ﴿١٢﴾

Əlini, köynəyinin yaxasından boyun tərəfindən qoynuna sal ki, əlin oradan çıxartdıqda, qar kimi, ağappaq, ləkəsiz bir halda çıx­sın. Bu, sənə verilən və Firon və onun qövmü yanında sənin doğrulurunu isbat edən doqquz möcü­zə­dən biridir. Bu doqquz möcüzə bunlardır: Əlinin ağappaq çıxması, əsa, quraqlıqlar, məhsulların azalması, tufan, çəyirtkə, bit, qurbağa və qan. Hə­qi­qətən, onlar Allaha küfr etməklə Allahın itaətindən çıxmış bir tayfadır!".