Muxtəsər təfsir
قَالَ لَئِنِ ٱتَّخَذْتَ إِلَـٰهًا غَيْرِى لَأَجْعَلَنَّكَ مِنَ ٱلْمَسْجُونِينَ ﴿٢٩﴾
Firon Musa ilə etdiyi mücadiləsində aciz qaldıqda və Musaya belə dedi: "Əgər məndən başqa bir ilaha ibadət etsən, mən səni mütləq zindana atılanlardan edəcəm!"